Qəbələ Rayonu

Qəbələ Rayonu

Tarixi

Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. V əsrdə yepiskopun iqamətgahı Qəbələdə yerləşirdi. Musa Kalankatlı 488-ci ildə Aquen şəhərində çağırılmış məclisdə qəbul edilmiş kanonik qanunların altındakı imzalardan danışarkən hökmdar Vaçaqandan və Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak yepiskopu İoannın adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu. I-V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi.  Lakin V əsrdən o, Sasanilərin təyin etdikləri mərzbanlann iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər torpaqlarının tərkiibnə daxil idi. Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.Eramızdan əvvəl 331-321 ci ildə Makedoniyalı İsgəndərin İmperiyasının zəifləməsinin ardınca Şimali Azərbaycanda Qafqaz Albaniyası dövləti yaranır və onun mərkəz şəhəri və paytaxtı Kabalaka (Qəbələ) şəhəri olur.

Hotel: Kaspi Yeddi Gözəl Otel

Relyefi

Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir. Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri: Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin şimal sərhədlərində su ayrıcı da yerləşir. Dağ-çəmən torpaqları rayonun zəngin ot örtüyünə malik subalp və alp çəmənliklərinin inkişafı üçün əlverişli şərait yaradır.Meşə qurşağından yuxarıda, 1800-2000-dən 2500–3000 m hündürlüyə qədər subalp və alp çəmənlikləri, daha sonra isə qayalı subnival və qarlı-buzlaqlı nirel qurşaqlar bir-biri ilə növbələşir. Beləliklə cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100–120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər. 

Qəbələ Rayonu

Florası

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir.

Faunası

Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.İqlimin əsas tipləri Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.

İqlimi

Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 – 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuşdur. Sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.

Müasir iqlim şəraiti

Qəbələnin müasir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. 

Bir cavab yazın