“Yeddi gözəl” şəlaləsi Qəbələ şəhərinin Vəndam qəsəbəsində yerləşir. Bu şəlalə Ruskan kəndinin yaxınlığındadır. Yeddi Gözəl Şəlaləsi Qafqaz dağlarının ən yüksək zirvələrindən axır. Qəbələnin ən populyar turizm yerlərindən biri olan Qəbələdəki Yeddi Gözəl şəlaləsi, Vəndam kəndindən 6 kilometr və Puskan üzərindəki əsas yoldan 3 km məsafədədir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar.
Şəlalənin aşağısında yalnız iki kiçik şəlalə görünür. Digər beş şəlaləyə baxmaq üçün bir az fiziki güc tələb edən pilləkənlərdən qalxmaq lazımdı. Ancaq bu çətin yolu keçənləri sirli bir mənzərə gözləyir. Şəlalə həmişə qaranlıq və sərin olur, çünki günəş şüalarından təsirlənməyən sıx bir meşədə yerləşir.
Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı və şəlalə buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur. Yaz və yay aylarında çayxanalar hər dağ yolunda olur, burada qonaqlara ənənəvi Qəbələ mürəbbəsi ilə çay təklif olunur. Şəlalənin ən yüksək nöqtəsində, şəlalənin xoş səsləri və mənzərələrinin sakitləşdirici fonunda çay içə biləcəyiniz xüsusi bir taxta döşəməyə sahib bir çayxana da yerləşir. Çay üçün su şəlalədən götürülür və bu isə çayın ləzzətini artırır.
“Yeddi gözəl” şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmaq üçün hər il minlərlə turist gəlir.
Qəbələyə səyahət etmək üçün web saytımızdan istifadə edərək Yeddi Gözəl Şəlaləsini və digər görməli yerləri, eyni zaqmanda Ulduz Tourism tərəfindən tövsiyə olunan Qəbələ turistik yerlərini ziyarət edə bilərsiz.