Tur Program
Saat 06:30 – Təyin olunmuş yerdə toplaşma
Saat 07:00 – Yola düşmə
Saat 23:00 – Bakıya çatmaq
Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Tur Rəhbər
• Səhər yeməyi
• Çay süfrəsi (dönüşdə)
• Maraqlı oyunlar və hədiyyələr
Qiymət:
Ekskursiyalar:
- Nohurgöl
- Tufandağ
Haqqında:
Tufandağ Baş Qafqaz silsiləsindədir. Yerli əhalinin məlumatma görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.Təbii ki bu sadəcə bir əfsanədir.
Qeydlər:
- Toplanış saatı dəyişdirilə bilməz.
- Təyin olunmuş vaxtda yola düşürük.
- Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
- Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
- Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
- Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
- İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.
- 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
- Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: