Naxçıvan Şəhəri

Naxçıvan Şəhəri

Şəhərdə Görməli yerlər

Yay fəsli gələndə hamımız düşünürük ki,harada istirahət edək? Bu xəbərimdə mən sizi, Naxçıvanın gözəl,görməli yerləri ilə tanış edəcəm. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın zəngin turizm potensialı vardır. Naxçıvanın əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, zəngin mədəni tarixi irsi, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik mədəniyyəti burada turizmin inkişafı üçün şərait yaratmışdır.

Hotel: Duzdağ Otel Naxçıvan

naxcivan seheri

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir. Şəhərdə yerləşən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi,  Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça muzeyi, Hüseyn Cavidin ev muzeyi, C.Məmmədquluzadənin, C. Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi,Hş Əliyevin ev muzeyi diqqət mərkəzindədir. Son dövrlərdə yaradılmış Açıq Səma Altında Muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir. Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Möminə Xatun türbəsidir. Türbə Azərbaycan Atabəylər dövlətinin hökmdarı, Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Digəri isə eyni memar tərəfindən 1162 – ci ildə inşası tamamlanmış Yusif Küseyir oğlu Türbəsidir. Üçüncü abidə isə Hüseyn Cavidin məzarı üstündə ucaldılmış Hüseyn Cavid Türbəsidir. 2016-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına rəssamlar parkının açılışı olmuşdur.

Naxçıvan şəhərinə bizimlə səyahət edə bilərsiniz: 

Naxçıvan turu

Bir cavab yazın