Duzdağ Otel Naxçıvan

Duzdağ Otel Naxçıvan

“Duzdağ” Otel kompleksi Naxçıvan Muxtar Respublikasının Duzdağ massivində yerləşir. Oteldə sağlamlıq və rahatlıq üçün hər cür şərait yaradılmışdır. Qonaqlara yüksək keyfiyyətdə olan otaqlar, ləziz mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edilir. Otel “Duzdağ” Fizioterapiya mərkəzinə 2 km məsafədə yerləşir. 100 standart, 8 suit, 35 kiçik suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villa xidmət göstərməkdədir.

“Duzdağ” Fizioterapiya mərkəzi dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Mağara içərisində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və  “Duzdağ” Otelin Fizioterapiya mərkəzindən ibarət 2 ayrı Müalicə Mərkəzi vardır. Mağarada rütubət və temperatur daim sabitdir. Havalandırmanın təbii olması nəticəsində mikrob cisimcikləri və allergenlər yox dərəcəsindədir. Burada 47 otaq, 128 pasientin eyni anda müalicəsi üçün yataqlar, kafelər, TV salonlar, kitabxana və mağaza mövcuddur. “Duzdağ” Hotelinin Fizioterapiya mərkəzində həkim, 24 saat mühafizə, təmizlik xidmətinizdədir. Müalicə olunan xəstələrimiz tibb personalın nəzarətində olurlar. Gündüz saatlarında otelimizin rahat və komfortlu otaqlarında istirahət edə bilər, günün yorğunluğunu, gərginliyini otelimizdə yerləşən  Aqua-parkda, açıq və qapalı havuzlarında, basketbol, futbol meydançalarında, tenis kortlarında və sağlamlıq mərkəzlərində ata bilərsiniz.

Naxçıvan Turu

“Spleoterapiya” haqqında məlumat

Ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicənin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, natrium və xlor ionlarının üstünlük təşkil etdiyinə görə duz mədənləri spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. “Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər.

Naxçıvanda yerləşən Fizioterapiya mərkəzinin yeraltı şöbəsi şəhərdən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. “Duzdağ” Fizioterapiya Mərkəzindən şəhər mərkəzinə məsafə 9.8 km, duz mədəninə isə 2.4 km-dir.

Hotel xidmətləri:

SPA və Fitness mərkəzi, Fizioterapiya və Masaj salonu, Jakuzi, Sauna, Üzgüçülük hovuzu, Türk hamamı

Səhər yeməyi, Nahar, Bufet, Restoran, Türk restoranı 

İnternet, stolüstü oyunlar, mini futbol və basketbol meydançası, uşaq meydançası, bilyard salonu və s.

Hotelin adı: Duzdağ Otel Naxçıvan

Ulduz: 5*

Şəhər: Naxçıvan

Hava limanına olan məsafə: 30 dəqiqə

Ünvan: Duzdağ Şaxtası yolu, Naxçıvan

Naxçıvan şəhərinə olan turumuz: Naxçıvan Turu

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya və ya sosial şəbəkə ünvanlarımızdan bizə yaza bilərsiniz.

Tel: 012-3100482      Mob: 055-8824921    Sosial şəbəkədə ünvanlarımız:     

 

Bir cavab yazın