“DUZDAĞ” Fizioterapiya Mərkəzinə Tur

“DUZDAĞ” Fizioterapiya Müalicə Mərkəzinə Tur

Duzdağ fizioterapiya  mərkəzində Bronxial-astma xəstəliklərinin müalicəsi turu (2 həftə)

Qiymət:
1 nəfərlik otaq – 1190 azn
2 nəfərlik otaq – 1880 azn

Qiymətə aşağıdakı xidmətlər daxildir:
– Duzdağ fizioterapiya müalicə  mərkəzində 14 gün gecələmə
– Transfer Aeroport-Otel-Aeroport
– Otel-Mağara-Otel transferləri
– Gün ərzində 3 dəfə qidalanma (səhər,nahar və şam)
– Müayinə və Müalicə daxildir.

Ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub.
Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır.

 

Mərkəzdə 47 otaqda eyni anda  128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır.

Müalicələr isə  gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur;

2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları.

Mərkəzdə pasientlər üçün kafe,TV salon, kitabxana, mağaza, növbətçi tibb bacısı otağı mövcuddur.

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921    Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın