Şuşa Şəhəri

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.  Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu “Şuşa” (şüşə) adlandırmışlar. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası “uc”, “yüksək” olan “şiş” komponenti ilə izah edirlər.

 

Tarixi

Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılmağa başlandı. Şuşa qalasının təməli Pənahəli xan tərəfindən qoyulmuşdur.

Şuşa 1992-il mayın 8-də еrməni və rus işğalçıları tərəfindən işğal еdildi. Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür,

 

Relyefi

Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr).  Mineral su bulaqları (Turşsu, Şırlan) ilə məşhur olan şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur.

 

Turizmi

Daşaltı Dövlət Təbiət yasaqlığı – Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən bu yasaqlıq 450 hektar ərazini əhatə edirdi.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeridir. Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə “Şəmilin bağı” da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü olub. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib. Cıdır düzündə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi

Şuşanın işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.

 

Xarıbülbül

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

 

Şuşanın işğaldan azad olunması

Noyabrın 8-i paytaxtdakı Şəhidlər xiyabanından xalqa müraciətində prezident, İlham Əliyev açıqlayıb. Gərgin döyüşlər nəticəsində Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtulub.

Bir cavab yazın