Qarabağ Şuşa Turu

ŞUŞA TURU

Doğma torpaqlarımıza bizimlə qayıdın

 

Otellər:

Qarabağ Hotel 5*

Xarı Bülbül Hotel 5*

 

1 gecə 2 gün:

2 nəfərlik otaqda 1 nəfər üçün 185 Azn

1 nəfərlik otaqda 1 nəfər üçün  220 Azn

 

2 gecə 3 gün:

2 nəfərlik otaqda 1 nəfər üçün 310 Azn

1 nəfərlik otaqda 1 nəfər üçün 375 Azn

 

Qiymətə daxildir:

Turbələdçi

Biletlər (gediş-dönüş)

Oteldə qonaqlama

Qidalanma (səhər yeməyi)

Avtobusla gəzinti turu

 

Gəzinti Məkanları:

Cıdır düzü

“Vaqif” məqbərəsi

Bülbülün ev muzeyi

“Yuxarı Gövhər Ağa” məscidi

Şuşa Qalası

“Qazançı” Kilsəsi

 

Lazım olan sənədlər:

18 yaşdan yuxarı Azərbaycan Respublikası vətəndaşı

Şəxsiyyət vəsiqəsi

 

Qarabağ – Azərbaycan

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir.

 

Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir.

Kəlbəcərin “İstisu” sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları… Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

 

Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Şuşa, Zəngilan, Xankəndi, Xocalı, Xocavənd

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın