Şamaxı Safari Parkı

 Şamaxı Safari Parkı 

Şamaxı Safari Parkı 2017-ci il oktyabrın 2-də “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq yaradılmışdır. Bu məqsədlə vəhşi heyvanlar üçün ekoloji qoruq Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənmişdir. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan – nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində 36 kilometr uzunluğunda enli yol çəkilmişdir. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilmişdir. Maral və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilmişdir. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunmuş, inzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılmışdır.

 

Bir cavab yazın