Şamaxı Turu

Şamaxı Turu

Tur Proqramı:

Saat 06:30 – Təyin olunmuş yerdə toplaşma

Saat 07:00 – Yola düşmə

Saat 23:00 – Bakıya çatmaq

Qiymətə daxildir:

  • Səhər yeməyi
  • Komfortlu nəqliyyat
  • Tur bələdçi
  • Foto çəkiliş (CD hədiyyə)
  • Yol boyunca əyləncəli və intellektual oyunlar

Ekskursiyalar:

  1. Rəsədxana 
  2. Pirqulu qəsəbəsi 
  3. Sakitgöl gəzintisi 

Qeydlər:

  • Toplanış saatı dəyişdirilə bilməz.
  • Təyin olunmuş vaxtda yola düşürük.
  • Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
  • Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
  • 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
  • 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
  • Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
  • Tur zamanı spirtli içkilər qəti qadağandır.
  • Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
  • İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür

Şamaxı haqqında:

Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl flora və faunası, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.
Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir.

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir.
Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var.

 

Şamaxıda gəzməli yerlər:

1. Şamaxı Astrofizika Rəsədxanası

  • Pirqulu kəndində yerləşən Rəsədxana dünyanın ən vacib rəsədxanalarından biridir. Burada dünyanın 5 ölkəsində 85 ton olan bir teleskop quraşdırılmışdır.
  • Şamaxı təbiət inciləri də Pirqulu Dövlət Parkında qorunur. Pirqulu şəlaləsi də bu parkda yerləşir.

2. Çuxuryurd kəndi

  • Çuxuryurdda Tunc və ilk Dəmir dövrlərinə (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid kurqanlardan müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Orta əsrlər dövrü üçün səciyyəvi olan şirli və şirsiz qab qırıqları, həmçinin qara rəngli şüşə bilərziklər tapılmışdır.

3. Safari parkı

4. Mirzə Ələkbər Sabirin ev muzeyi

  • Şamaxı şəhərində yerləşən Mirzə Ələkbər Sabirin ev muzeyi 1962-ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur.
  • Muzeyin yerləşdiyi hazırki ikimərtəbəli bina 1979-cu ildə tikilib istifadəyə verilmişdir. Muzeyin 6 sərgi salonu vardır. Birinci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi tianın maketi nümayiş olunur. Digər salonlarda XIX-XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.

5. Gülüstan qalası

  • El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin “Şamaxı Gülüstanın ətəyindədir” və Arif Ərdəbilinin “Şamaxı Gülüstanında bir qala var” deyimləri də bu fikri təsdiqləyir

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921    Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın