Bilgəh Beach Otel

Bilgəh Beach Otel

Bilgəh Beach otel kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir. Bilgah Beach Hotel kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Dörd ilə tikilən otelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır. Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, minlərlə dekorativ kol və güllər əkilmişdir.

Otel xidmətləri:

  • Müasir avadanlıqla təchiz olunmuş otaqlar
  • Restoran və barlar
  • Spa və sağlamlıq
  • Günəş və çimərlik

Əyləncə:

  • Uşaq klubu
  • Uşaq meydançası
  • Boulinq
  • Akvapark

Otel adı: Bilgəh Beach Otel

Ulduz: 5*

Şəhər: Bakı

Ünvan: 94 Qəbələ küçəsi, Bilgəh qəsəbəsi, Azərbaycan

Bir cavab yazın