Green City Otel

Green City Otel

Bakı şəhərinin mərkəzinə ən yaxın çimərlikdə – Xəzər dənizinin sahilində hər cür səs-küydən uzaqda yerləşən “Green City”, Azərbaycanda ən böyük modern yaşayış-istirahət komplekslərindəndir. “Green City” yaşayış və istirahət  kompleksi 2010-cu ildə fəaliyyətə başlamışdır. Kompleksin ümumi sahəsi 20 hektar, dənizkənarı sahəsi isə 6 hektar təşkil edir.Dənizə məsafəsi 50 metr olan komleksdə bütün mümkün imkanlar yaradılmışdır.Həyətində müxtəlif meyvə ağaclarının və dekorativ ağacların yer aldığı Green City şəhərdə rahatlığı sevənlərin əvəzolunmaz seçimidir.Burada müxtəlif növ şəfalı otlar da mövcuddur ki, bu da sakinlərin istifadəsinə verilmişdir.

Green City yaşayış və istirahət kompleksində ümumi otaq sayı 71 olan 3 otel fəaliyyət göstərir. Otaqlar böyüklüyünə görə aşağıdakı kimi kateqorizə edilir: 16 ədəd ailə otağı 23 ədəd iki nəfərlik otaq 32 ədəd tək nəfərlik otaq Otaqlarda sanuzel qovşağı mövcuddur.Eyni zamanda otellərdə hər mərtəbədə mətbəx fəaliyyət göstərirki , bu da öz növbəsində 7/24 qonaqlara xidmət edir.Hər bir otelin giriş hissəsində istifadəyə verilən çamaşırxana otağı qonaqların rahatlığı və təmizlik xidmətinin həyata keçirilməsi üçün əvəzsizdir.

“Green City”nin gələcək layihələri arasında, sahilkənarı “Green City Seaside” da yer alır.  Bu layihə daxilində 26 ədəd Villa, Böyük restoran, 4 ədəd yaşayış tipli rezidens, 1 otel, uşaq əyləncə mərkəzi və akvaparkın tikintisinə başlanıbdır. Həmçinin “Green City” və “Green City Seaside” birləşdirən yerüstü keçidin tikintisinə başlanılmışdır.

 Otel Xidmətləri:

* 24 saat mühafizə, Suvenir və hədiyyələr dükanı, Kitabxana və qiraət zalı, Fasiləsiz enerji, Peyk anten və TV, Sürətli internet, Səyahət turların təşkili, Təmizlik xidməti,  İsitmə və soyutma sistemi, Avtoyuma, 24 saat mühafizəli avto dayanacaq, Mühafizə kameraları”Green” Spa və Fitnes mərkəzi. Açıq və qapalı hovuz, uşaq hovuzu, sauna və buxar otağı, cakkuzi, gözəllik salonu, böyük trenajor zalı, aerobika otağı, velosiped otağı, bilyard, multivitamin “Green Cafe”.

Ulduz:  4*

Şəhər: Bakı

Ünvan: Salyan Sossesi, Baku

 

Bir cavab yazın