İli Su Uludağ Hotel

Qax rayonunun İlisu kəndi Qax şəhərindən 12 km şimal-şərqdə, Baş Qafqaz sıra dağlarının ən gözəl yerlərindən birində yerləşir. Ətraf ərazinin flora və faunası öz ilkinliyini qoruyub saxlamışdır, mövcud füsunkar təbiət həmişə Azərbaycanın yerli əhalsinin və qonaqların diqqətini çəkir.İlisu kəndi qədim yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 1400 m yüksəkdə yerləşir.İlisu Uludağ Turizm və İstirahət Kompleksi Qax rayonunun İlisu kəndinin ərazisində dag döşündə 4 hektar ərazini əhatə edir və ilboyu xidmət göstərir. Kompleksə mərkəzi kompleks binası, iki mərtəbəli və bir mərtəbəli daş və taxtadan tikilmiş kotteclər daxildir. Mərkəzi kompleks binada müəssisənin ofisi, 150 yerlik kafe, diskoteka, internet mağazası və s. xidmət məntəqələri yerləşir. Binalarda turistlərin dincəlməsi üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır.İlisu tarixi abidələr baxımından çox zəngindir. Turist marşrutlarına Sumu Qalaya, qədim alban məbədlərinin xarabalıqlarına, qədim Şəki yolu ilə Kum, Likit yaşayış məntəqələrinə, müqəddəs Georgi məbədinə, qədim məscidə və s. yerlərə gəzinti nəzərdə tutulur. Şamil qalasının xarabalıqlarından Dağıstanla aramızda son yaşayış məntəqəsi olan Sarı-baş qülləsi görünür. Kompleksdə müalicə əhəmiyyətli olan isti suda vanna qəbul etmək olar.

 

Hotel xidmətləri:

  • Müalicəvi vannalar
  • Diskoteka
  • Stolüstü tennis
  • Bilyard zalı
  • Futbol meydançası
  • Volleybol və basketbol meydançası
  • Badminton
  • Tir
  • Katamaranla gəzinti
  • Uşaq meydançası və s

 

Hotelin adı: İli Su Uludağ

Ulduz: 4*

Şəhər: Qax

Ünvan: İlisu kəndi, Qax

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın