Kaspi Yeddi Gözəl Otel
Kaspi Yeddi Gözəl otel Qəbələdən bir az aralıda, Vəndam qəsəbəsində yerləşən 3 ulduzlu oteldir. 2013-cü ildən etibarən fəaliyyət göstərən otel müasir üslübda inşa olunmuşdur. Otelin restoran və barı 24 saat qonaqların xidmətindədir. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar da istifadəyə verilir və burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Bundan başqa otel füsunkar təbiətə malik Qəbələ rayonunun əsas gəzməli-görməli yerlərinə, o cümlədən Nohur göl və Yeddi Gözəl şəlaləsinə yaxın məsafədə yerləşdiyindən rahat istirahətlə yanaşı doyunca səyahət etmək istəyənlər üçün də ideal bir məkandır.
Qəbələ Turu
Otel xidmətləri
- Pulsuz internet
- Spa və sağlamlıq mərkəzi
- Restoran/bar
- Günlük otel xidmətləri
Otel adı: Kaspi Yeddi Gözəl Otel
Ulduz: 3*
Şəhər: Qəbələ
Ünvan: Vəndam A315, Qaraməryəm-İsmayıllı-Şəki yolu, Qəbələ