Lankaran Springs & Wellness Resort

Lənkəran Springs & Wellness Resort

Ən yeni sağlamlıq kurortu kompleksi olan “Lankaran Springs & Wellness Resort” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir. Kompleksin yerində hələ 1958-ci ildən müalicəvi sanatoriya fəaliyyət göstərib.

“Lankaran Springs & Wellness Resort” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.

Unikal memarlıq üslubuna malik mehmanxana kompleksi, sağlamlıq mərkəzindən, avadanlıqla təchiz edilmiş mineral mənbələrdən, uşaq mərkəzindən ibarətdir və ümumilikdə 11 hektarlıq sahəni əhatə edir. Qonaqlara yüksək ixtisaslı həkimlərin məsləhəti ilə yazılmış termal prosedurların geniş spektri təqdim olunur. Qonaqlar, həmçinin əsas restoranın açıq terrasından gözəl mənzərədən zövq alaraq yerli və xarici mətbəxin nəfis yeməklərini dada bilər.

Lənkəran – Lerik Turu

Xidmətləri:

  • İnternet, Telefon, Televiziya / Radio, Printer, Faks
  • Lobby, Safe Box, Suit
  • Taksi
  • ATM
  • Çamaşırxana
  • Konfrans salonu
  • Otaq xidməti, Mini bar, Lift
  • Unikal mənzərəli geniş balkon
  • Xaricilər üçün tərcüməçi
  • Kondisioner sistemi və istilik sistemi
  • Gündəlik qəzet və jurnal
  • Saç qurutma maşını
  • Yanğından mühafizə sistemi.

Əyləncələr:

  • Böyüklər, uşaqlar üçün qapalı və açıq hovuz
  • SPA salon, Sauna, Buxar Hamamı
  • Müalicəvi mənbələr
  • İdman mərkəzi
  • Tibbi masaj
  • Stolüstü oyunlar
  • Su oyunları
  • Aerobika, Yoqa, Boulinq, Bilyard
  • Uşaqlar üçün əyləncə mərkəzi
  • Diskoteka və axşam əyləncələri

Yeməklər, Restoranlar və …:

Səhər yeməyi, Azərbaycan Restoranı, Avropa Restoranı.

Hotel adı: Lankaran Springs & Wellness Resort

Ulduz : 5*

Şəhər: Lənkəran

Ünvan: Lənkəran rayonu, Haftoni kəndində.

Bir cavab yazın