Lənkəran – Lerik Turu
Tarix: Hər həftə sonu
Qiymətə daxildir:
Ekskursiyalar:
Toplanış: 06:30 – 07:00 (28 May Metrosunun qarşısı)
Qiymət: 29 AZN
Qeyd:
Lənkəran
İpək yolu üzərində yer alan Lənkəran bahar çiçəkləri ilə bəzənmiş al-əlvan mənzərələri ilə ən gözəl yerdir. Şəhər geniş bir tarixa sahibdir. Lənkəranı gəzmək həm asan həm də çətin. Lənkəran dağ və dənizlə əhatə olunduğu üçün burada turizmin bir sıra növlərindən istifadə etmək mümkündür. Burada turizmlə bağlı kompleks işlər görülür. Lənkəranda yerləşən otellər: Lənkaran Springs & Wellness Resort, Xan Hotel Lənkəran, Palmalife Lənkəran. Son illərdə də turizmə xüsusi diqqət göstərilir, şəhərdə bir sıra bağlar və parklar salınır, yeni istirahət mərkəzləri açılır. Şəhərdə yerləşən müalicəvi sulara da diqqət böyükdür. Lənkəranın bir digər turizm imkanlarından biri də ovçuluq turizmi üçün burada uyğun şəraitin olmasıdır.
Lerik
Turizmin rayonumuzda yeni bir sahə olmasına baxmayaraq, keçən qısa vaxt ərzində bu sahədə bir sıra uğurlara imza atılmışdır. Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda fəaliyyət göstərən “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Çənlibel”, “Xəyal”, “Həyat”, “Qala”, “Cənub”, “Möcüzə” turizm istirahət əyləncə mərkəzlərində istirahət edən qonaqlara vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Lerikin qədim tarixi abidələri, can dərmanı sayılan “Zərinqala”, “Xansu”, “Zuvand”, “Monidiqo”, “Bülüdül” və digər adda mineral süfrə suları, zəngin bitki örtüyü, nadir ağacları, ziyarətgahları bölgənin turizm potensialını artırır. Füsunkar təbiəti ilə seçilən Lənkəran və Lerik bölgəsi hər il respublikamızın müxtəlif şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən 40 mindən çox turist qəbul edir. Son illərdə Lənkəran – Lerik yolu boyunca, əsrarəngiz meşə zolağında turizm – istirahət mərkəzləri tikilməsi ilə turizm obyektlərinin sayı 2 dəfə artıb.
Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 012-3100482 Mob: 055-8824921 Sosial şəbəkədə ünvanlarımız: