Xan Otel Lənkəran

Xan Hotel Lənkəran

Bir tərəfi firuzə gözlü Xəzər dənizi, digər tərəfi zümrüd meşəli Talış dağları ilə əhatə olunmuş gözəlliklər məskəni Lənkəran şəhərinin bu ecazkarlığını artıran füsünkar Xan Hotel Lənkəran artıq fəaliyyətə başlamış, öz təkrarolunmaz gözəlliyi, əvəzsiz mədəni xidməti ilə sizin ixtiyarınızdadır.

Qədim milli üslublu, butik tipli Eko-otel həmçinin Lənkəran şəhərinin mənzərəli və əlverişli hissəsində yerləşir. Hətta “Şərqin simvolu” adlanlıdırlmağa layiq olan bu muzey xarakterli, nadir və əvəzsiz otel hər bir qonağı qədim dövrlərə – Lənkəran xanlığına “səyahətə” aparır, xoş anlar yaşadır. Sözlə tərifi mümkün olmayan bu möhtəşəm əsrarəngiz, təmtəraqlı “Xan Lənkəran” oteli sizi məftun edəcəkdir. Çünki bura ekoloji cəhətdən təmiz, təbii tikinti materiallarının qeyri – adi xüsusiyyətlərini qoruyub saxlamaqla, fərdi ləyihə üzrə tikilmiş, milli ruhu, tarixi abu – havanı özündə yaşadan yeganə oteldir. Hətta buradakı Talış meşəsinin nadir ağaclarından hazırlanmış sürahilər, oturacaqlar, qızıl palçıqla parlaq samandan çəkilmiş suvaq, divarları və döşəməni zərif naxışlı, qədim əl xalçaları, divar asılmış şamdanlar, qotazlı – baftalı mütəkkələr, nəfis mis və saxsı qablar – bir sözlə burada gördüyünüz hər şey Azərbaycan xanlığını qədim təntənəli dəbdəbəli zadəgan həyatından xəbər verir.

Xidmətləri:

  • İnternet, Telefon, Televiziya / Radio, Printer, Faks
  • Lobby, Safe Box, Suit
  • Taksi
  • ATM
  • Çamaşırxana
  • Konfrans salonu
  • Otaq xidməti, Mini bar, Lift
  • Xaricilər üçün tərcüməçi
  • Kondisioner sistemi və istilik sistemi
  • Gündəlik qəzet və jurnal
  • Saç qurutma maşını
  • Yanğından mühafizə sistemi.

Yeməklər, Restorantlar və …:

Səhər yeməyi, Azərbaycan Restoranı, Avropa Restoranı.

Hotel adı: Xan Hotel Lənkəran

Ulduz : 3*

Şəhər: Lənkəran

Ünvan: Lənkəran rayonu, Ləvəngi qəsəbəsi

Turumuz: Lənkəran – Lerik turu

 

Bir cavab yazın