Relax Otel Lerik

Relax Hotel Lerik

Hotel Azərbaycanin gözəl guşələrindən biri olan Lənkəran – Lerik yolunun 33-cü km-də yerləşir. Bakıdan məsafəsi 213 km-dir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir. Əgər siz Relaxa iş görüşmələri və ya dincəlmək ücün gəlirsinizsə sizə lazım olan hər bir şəraiti bu hoteldə tapa bilərsiniz. Və burada sizin dincəlməyiniz və xoş vaxt keçirməyiniz üçün hər bir şərait yaradılmışdır. Vaxtınıza qənaət üçün isə həftədə 3 dəfə Bakı – Lənkəran – Bakı təyyarə turları (uçuş müddəti cəmi 40 dəqiqə) və çox rahat  avtobus turları təşkil etmişik.

 

Xidmətləri:

  • İnternet, Telefon, Televiziya / Radio, Printer, Faks
  • Lobby, Safe Box, Suit, 
  • Park
  • Taksi
  • ATM
  • Çamaşırxana
  • Konfrans salonu
  • Otaq xidməti, Mini bar, Lift 
  • Xaricilər üçün tərcüməçi
  • Kondisioner sistemi və istilik sistemi
  • Gündəlik qəzet və jurnal
  • Saç qurutma maşını
  • Yanğından mühafizə sistemi.

Kotteclər

Bu tipli evlər və standart  otel otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası və  telefon və kabelsiz internet xidmətlərindən yararlanmaq olar. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngilər, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran – bar, diskoteka, boulinq, uşaq əyləncə meydançası, billyard, tennis futbol, volleybol meydançaları fəaliyyət göstərir. Animasion Şou isə sizin istirahətinizə unudulmaz anlar bəxş edəcək. Ailənizin, sevdiklərinizin  və kollektivinizin vaxtını şən və səmərəli kecirmək  istəyirsinizsə ”Relax”a gələ bilərsiniz. Kompleks hər cür şəraitə malik olan 2 və 4 nəfərlik standart otel otaqları və 2, 4 və 5 nəfərlik kottec  tipli otaqlardan təşkil olunmuşdur. Buradakı yüksək səviyyəli personal, Şərq  və Qərb üslubunda fəaliyyət göstərən restoranlar, barlar ,diskotekalar,hovuz və spa mərkəzi, tennis kortu, tir, billiyard, mini qolf meydançaları, atcılıq, ATV  və s. növbənöv əyləncə kompleksləri 24 saat xidmətinizdədir

Yeməklər, Restorantlar və …:

Səhər yeməyi, Azərbaycan Restoranı

Əyləncələr :

  • Böyüklər, uşaqlar üçün açıq hovuz
  • SPA salon, Sauna
  • İdman mərkəzi
  • Stolüstü oyunlar
  • Diskoteka və axşam əyləncələri

Adı: Relax Hotel

Ulduz : 3*

Şəhər: Lerik

Ünvan:  Lənkəran – Lerik yolunun 33 – cü km

 

Bir cavab yazın