Qafqaz Karvansaray Otel
Qafqaz Kavansaray otel ənənəvi üslubdakı gözəl dizaynı, Şərqə məxsus qonaqpərvərliyi, gülərüz xidmət personalı ilə bura gələn qonaqları məmnun edir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Qaraçayın hövzəsində yerləşir. Qafqaz Karvansaray otel Bakı şəhər mərkəzindən 220 km, Qəbələ havalimanından 22 məsafədə yerləşir. Oteldə 157 otaq, restoran və barlar, spa və sağlamlıq mərkəzi, iclas zalı və s. mövcuddur. Otaqlarda pulsuz Wi-Fi, minibar, kondisioner, fen, televizor (həm yerli həm də xarici kanallar) müştərilərin xidmətinə verilmişdir.
Otel xidmətləri
- 157 otel otağı
- Günlük otel xidmətləri
- Restoran/bar
- İclas zalı
- Spa və sağlamlıq mərkəzi
Əyləncə
- Bilyard otağı
- Masaüstü oyunlar zalı
- Uşaqlar üçün klub
Otel adı: Qafqaz Karvansaray Otel
Ulduz: 5*
Şəhər: Qəbələ
Ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küç.