Atəşgah Turu
Qiymətə daxildir:
• Komfortlu nəqliyyat
• Tur Rəhbər
• Səhər yeməyi
• Çay süfrəsi
Toplanış saatı: 09:00 Gənclik m/s Tofiq Bəhramov adına dövlət stadionunun qarşısı.
Qayıdış vaxtı: 17:00
Qeyd: İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.
Qeyd: 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz
Qiymət:
Qeydlər:
1. Toplanış saatı dəyişdirilə bilməz.
2. Təyin olunmuş vaxtda yola düşürük.
3. Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
4. Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
5. Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
6. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
7. Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər
Atəşgah
XVII əsrdə atəşpərəst hindli tacirlər – parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəd.
Gəlmə parslar eşitmişdilər ki, Bakı yaxınlığında təbii qaz sızan yer var və ora gedərkən onun üzərində sönməyən alovun olduğunu görmüşlər. Onlar həmin alov üzərində məbəd tikməyi qərara almışlar və o, “Atəşgah” (“Od yeri”) adlandırılmışdır.
Od məbədi olan “Atesgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: