Gədəbəy turu ( 1 gecə 2 gün )
Tarix: hər həftə sonu
Qiymətə daxildir:
- Komfortlu nəqliyyat
- VİP Oteldə gecələmə ( Meh Hotel)
- Səhər yeməkləri
- Tur bələdçi
- Foto çəkiliş
- Yol boyunca əyləncəli və intellektual oyunlar.
Ekskursiyalar:
- Aşağı Narzan
- Yuxarı Narzan
- Şır- Şır şəlaləsi
- Başkənd gölü
- Koroğlu qalası
- Qanlı körpü
Qeyd:
- Toplanış saatı dəyişdirilə bilməz.
- Təyin olunmuş vaxtda yola düşürük.
- Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
- Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
- 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
- 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
- Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
- Tur zamanı spirtli içkilər qəti qadağandır.
- Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
- İstəyə uyğun tur proqramına əlavə və dəyışıklıklər etmək mümkündür.
- Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər.
- Covid-19 pandemiyası ilə bağlı qaydalara tam riayət olunur.
Gədəbəy rayonu
Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s. Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. Gədəbəy sözünün mənası “Gədə” və “bəy” sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var.
Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 012-3100482 Mob: 055-8824921 Sosial şəbəkədə ünvanlarımız:
