Qazaxıstan Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur. Qazaxıstan rəsmi olaraq müxtəlif mədəniyyətlərə ev sahibliyi edən demokratik, dünyəvi, unitar, konstitusiyalı respublikadır. Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. 2020-ci il 1 avqusta olan məlumata əsasən əhalisinin sayı 18,8 milyon nəfərdən çoxdur.
Qazaxıstanda görməli yerlər:
- 28 Panfilov gözətçi adına park
- Yüksəliş Katedrali
- Charyn Kanyon
- Kok-Tyube dağı
- Respublika Sarayı
- Müstəqillik abidəsi
- Almatı Mərkəzi Məscidi
- Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi
- Almatı Nəbatat bağı
- Tamqalı-Taş
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: