Türkmənistan Turu

Türkmənistan Mərkəzi Asiyada dövlətidir. Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 488.1 min km²-dir. Cərco, Marı, Nebitdağ, Daşoğuz, Türkmənbaşı ölkənin iri şəhərlərindəndir.Türkmənistan 27 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir. X əsrdə Türkmənistanın ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadları) köçüb gəlirlər. 1991-ci ildə müstəqil Türkmənistan Respublikası elan olunur. Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.Relyefinə görə ovalıq və dağlıq hissələrdən ibarətdir. Cənubda yerləşən cavan Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldır. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100–200 metr hündürlükdədir. Xəzər dənizidə bir sıra adalara malikdir.

 

Türkmənistanın gəzməli yerləri :

  1. Müstəqillik abidəsi
  2. Türkmən Dövlət Sirki
  3. Türkmənbaşı Ruhu məscidi
  4. Aşqabad kanat yolu
  5. Nisa
  6. Halk Hakydası Memorial Kompleksi
  7. Aşqabad fəvvarəsi
  8. Baş Dram Teatrı
  9. Türkmən İncəsənət Muzeyi
  10. Aşqabad Bayraq Dirəyi
  11. Türkmən Xalça Muzeyi

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-55-8824921   Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın