Quba Alma Festivalı

Quba Alma Festivalı

Quba rayonu bu il də Alma festivalına ev sahibliyi edəcək. 2012-ci ildən ənənəvi olaraq keçirilən alma bayramı hər il 10 minə yaxın ziyarətçinin maraqını cəlb edir. Hər il olduğu kimi bu dəfə də rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma növləri, digər meyvə-tərəvəz məhsulları,almadan hazırlanan mürəbbə və şirniyyatlar da festival boyunca nümayiş olunacaq.
Festivalda Quba rayonunun tarixini və mədəniyyətini, rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş etdiriləcək. Açıq səma altında milli adət-ənənələri əks etdirən kompazisiyalar – müxtəlif səhnəciklər, milli rəqslər, oyunlar, konsert proqramı bu il də festivalın proqramına daxildir.
Tədbirə yerli vətəndaşlarla yanaşı həmçinin xarici ölkə vətəndaşları tərəfindən də böyük maraq müşahidə olunur.
Hər il oktyabrda alma festivalının Qubada keçirilməsi təsadüfi deyil. Quba Azərbaycanda özünə məxsus dadlı alması bütün regionda məhşurdur. Burada 300-dən çox alma növü yetişdirlir. Bu çeşidlər rəngarəng palitrası ilə görənlərin, dadına baxanların zövqünü oxşayır.

Bir cavab yazın