Quba Turu

quba turu

quba turu

❄️Qubada fərqli YENİ İL turu❄️

Müddət: 1 gecə/2gün (31 dekabr – 01 Yanvar)

Gecələmə: Şahdağ Otel

Qiymətə daxildir:
• Səhər yeməyi
• Oteldə gecələmə
• Otel xidmətlərindən istifadə
• Qala gecəsində iştirak
• Qeyd olunan yerlərə ekskursiya
• Oteldə axşam yeməyi
• Turbələdçi
• Fotosessiya
• Geri dönüşdə çay süfrəsi

Qeyd: İstəyə uyğun olaraq 2-ci gün Qusara ekskursiya təşkil oluna bilər. (Əlavə ödəniş olunacaq.)

Gəziləcək Yerlər:

• Quba Meydanı
• Köhnə Hamam
• Cümə məscidi
• Nizami Parkı
• Tağlı Körpü
• Qəçrəş Meşəsi
• Çənlibel Gölü

🔸Toplaşma yeri: Gənclik Mall ticarət mərkəzinin qarşısı
🔸5 yaşa qədər 1 uşaq pulsuz (avtobusda yer tutmadığı halda) iştirak edə bilər
🔸Covid-19 passportunun olması vacibdir.
🔸Covid-19 pandemiyası ilə bağlı qaydalara tam əməl olunur.
🔸Nəqliyyatda spirtli içkilər və siqaret çəkmək qəti qadağandır.

Qiymət: 149 Azn

Rezervasiya və məlumat üçün:

📞+994-55-8824921

 


 

Quba Alma Festivalı

Quba Alma Festivalı

Quba Rayonu

Azərbaycanın turizm məkanlarından biri də Quba (Guba – Kuba) rayonudur. Rayon ərazisində bir çox istirahət obyektləri fəaliyyət göstərir ki, burada füsunkar təbiət, göz oxşayan mənzərələr, dağlar, bulaqlar, çaylar, yaşıllıqlar aləmi istirahət üçün əvəzsizdir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli məkanlarından biridir. Zümrüd Qəçrəş meşəsi, füsunkar Afurca şəlaləsi, Xaltan istisuyu, möhtəşəm Təngə dərəsi, Balbulaq, Çənlibel gölü, Cənnətbağı, əfsanəvi Xınalıq…  İnsanı valeh edən Qubanın bu qeyri-adi, ecazkar təbiət guşələri nəinki yerli turistlərin, həm də xarici qonaqların da sevimli istirahət yeridir. Təkrarsız gözəlliyə malik bu diyar respublikamızın ən böyük turizm məkanlarından biridir. Qudyalçay, Ağ çay, Qara çay, Vəlvələ çayının sahilləri boyu sıralanmış yaraşıqlı, müasir istirahət mərkəzlərinin sayı ildən-ilə artır. Hər il bu mərkəzlərin hər birində minlərlə adam istirahət edir. Əvvəlki illərdən fərqli olaraq, son illər Qubaya istirahət üçün üz tutan qonaqların sayı artıb. Şəhərin küçələrində, park və xiyabanlarında, mədəniyyət və tarixi abidələrin qarşısında tez-tez xarici turistlərə rast gəlmək olur. Xüsusilə yay aylarında ərəb ölkələrindən, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Almaniya, Gürcüstan, İsrail, Polşa, Çexiya və Pribaltika ölkələrindən gələn qonaqlar daha çox olur. Turistlər yaxşı istirahət etməklə bərabər, qədim Qubanın gəzməli-görməli yerləri ilə tanış olub, daha çox informasiya əldə etmək istəyirlər.

 

Qubada gəzməli yerlər.

1. Xınalıq kəndi

5000 illik tarixə məxsus dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq Böyük Qafqaz dağları silsiləsində – Şahdağın yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə yerləşir. Kəndin ətrafında turistlərin diqqətini cəlb edən çoxlu bulaqlar və mağaralar var. Kənd həmçinin uzunömürlülər məskənidir.

2. Afurca şəlaləsi

Vəlvələ çayının Yan silsiləsinin kəsib keçdiyi yerdə əmələ gəlmiş bu şəlalə rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir. hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur.

3. Çənlibel gölü

Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindəm 14 km məsafədə yerləşir. Buranı görən turistlər “Göygölü” xatırladıqlarını söyləyirlər.

4. Qəçrəş

Rayonun ən böyük kəndlərindən biri olan Qəçrəş rayon mərkəzindəm 12 km məsafədə yerləşir. Qubanın ən çox turist qəbul edən məkanlarından biridir. Ərazisi hər tərəfdən meşə ilə örtülmüşdür. Təbii bulaqlarının sayı çoxdur. Kəndə xüsusi gözəllik verən Qudyalçayda turistlərin balıq tutması üçün şərait yaradılmışdır.

5. Təngəaltı

Kəndin adının mənası “Dağ arası yer” deməkdir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndi turistlər üçün əvəzolunmaz yerə çevirir.

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya və ya sosial şəbəkə ünvanlarımızdan bizə müraciət edə bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921    Sosial şəbəkədə ünvanlarımız:     

  

 

Bir cavab yazın