Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb

Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı yekdil qərarla Şuşa şəhərini 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görüb.

 

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.

Bir cavab yazın