Macarıstan Turu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Macarıstan Turu

Macarıstan – Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir.

Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir. Burada Macarıstan Milli Qakereyası, Budapeşt Tarix muzeyi, Müqəddəs Matyaşka kilsəsi, Şandor Sarayı və s. yerləşir. Üstəlik Macarıstan Parlament binasıda məşhurluqda heçdə digərlərindən geri qalmır. Şəhərdə çoxlu sayda muzey və teatrlsr yerləşir. Buda qəsri, Dunay çayının sahilində və Andraşi prospekti YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir

Macarıstanda ümumilikdə 1300 geotermal mənbə vardır. Bu mənbələrdən hətta Roma imperiyasından istifadə edirdilər. Romalılar b.e I əsrdən dunayın sahilində geotermal mənbələr üzərində hamamlar inşa edirdilər. 30000 m³ olan mineral sular (21° – 76 °C) 118 mineral mənbədən istifadə edilməklə yönlındirilir. Budapeşt hamamlarında mazaj, spa-prosedurları, sağlamlıq xidmətləri göstərilir

Budapeşt yaxınlığında 200 mağara vardır. Bu mağaralar turistlər üçün açıqdır. Palvolqi mağarası XX əsrin əvvəlləri açılmışdır. Bu mağara Buda təpəsində yerləşən ən böyük mağaradır. Matyas mağarası (Matyas) şəhərin kənarında yerləşir. Bura ekstermal turizm həvəskarları daha çox gəlir.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:   

Bir cavab yazın