Xorvatiya Turu

Xorvatiya – Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı – Xorvatiya Respublikası. İdarəçilik forması – parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür. Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. Əhalisi təxminən 4 808 000 nəfər olan Xorvatiyanın sahəsi 56 538 km²-dir. Əhali sıxlığı 85 nəfər/km²-dir. Ölkə əhalisinin 75%-ni xorvatlar, 12%-ni isə serblər təşkil edir. Xalqın təxminən 77%-i katolikdir. Əhalinin 51%-i şəhərlərdə yaşayır. Paytaxt Zaqrebdən sonra əsas şəhərləri Rijeka, Fiume, Zadar, Sibenik və Dubrovnikdir. Ən nüfuzlu ali təhsil müəssisəsi Zaqreb Universitetidir.

 

Xorvatiyada gəzməli yerlər:

  1. Sponzo Sarayı
  2. Ban Jelacic Meydanı
  3. Zagreb Kilsəsi
  4. St. Mark’s Kilsəsi
  5. Donji Grad
  6. Maksimir Park
  7. Dolac Bazarı
  8. Lotrscak Qülləsi
  9. Gornji Grad
  10. Tkalciceva Prospekti
  11. Zagreb Broken Heart Muzeyi
  12. Xorvatiya Milli Teatrı

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın