Malayziya – Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Malayziya iki əsas hissəndən ibarətdir: Malay yarımadasında və onun ətrafında yerləşən Qərbi Malayziyadan (və ya Yarımada Malayziyası) və Borneo adasında və onun ətrafında yerləşən Şərqi Malayziyadan. Qərbi Malayziyanın Taylandnan, Şərqi Malaysiyanın isə İndoneziya və Borneo ilə quru sərhədi var. Ölkə həmçinin Sinqapurla torpaq bəndi və körpü ilə bağlıdır, Vyetnam və Filippinlə isə onun dəniz sərhədi var.
Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunan Malayziya insanları özünəməxsus mədəniyyəti, çoxəsrlik ənənələri, heyrətamiz dərəcədə gözəl təbiəti və qədim tarixi abidələri ilə fəth edir.
Burada çimərliklər, müasir şəhərlər, qədim məbədlər, flora və faunanın gözəlliyi və müxtəlifliyi istirahət üçün idealdır.
Malayziyanın gəzməli və görməli yerləri:
- Tioman adası
- Taman Negara Milli Parkı
- Kek Lok Si Məbədi
- Kinabalu dağı
- Petronas Qüllələri
- Sultan Əbdül-Səməd sarayı
- Məscid-Came məscidi
- Niah Milli Parkı
- Batu mağaraları
- Şri Mahamariamman məbədi
- İstana Neqara kral sarayı
- Perhentian adaları
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()