İsveçrə Turu

İsveçrə – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. Dünyada əsl demokratiyanın olduğu tək ölkə İsveçrədir. Ölkədə tətbiq olunan demokratiyaya görə vətəndaşlar parlament tərəfindən qəbul edilən qanunlara etiraz edə bilərlər.

Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir.

Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Təəccüblü deyil ki, İsveçrə regionlarının çoxunun dağ turizm marşrutu var. Lütsern də istisna deyil. Onun əsas görməli yerlərindən biri Mərkəzi İsveçrənin rəmzi olan Pilatus dağ massividir. Bu dağ massivinə səyahətin ecazkar mənzərələrlə müşayiət olunan marşrutuna bərə ilə kruiz, qatarda gediş, habelə qondola deyilən kanat yolu kabinəsində geri qayıtma daxildir.

 

İsveçrənin görməli yerləri:

  1. Zytgloggede saat qülləsi
  2. İsveçrə Milli Kitabxanası
  3. Bern Tarixi Muzeyi
  4. Barbier-Mueller İncəsənət Muzeyi, Cenevrə
  5. Tarix Muzeyi və Təbiət Tarixi Muzeyi, Cenevrə
  6. Cenevrə gölü
  7. İsveçrə Federal sarayı
  8. Millətlər Sarayı
  9. Ryumin sarayı
  10. Kapel körpüsü

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

 

Bir cavab yazın