Avstriya rəsmi adı Avstriya Respublikası Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — ” şərqi ölkə ” deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir.Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir.Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir.Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə. Qərbdə Lixtenşteyn və İsveçrə, cənubda İtaliya və Sloveniya, şərqdə Macarıstan və Slovakiya, şimalda Almaniya və Çexiya ilə həmsərhəddir. Avstriyanın ərazisi 83.883 km² və təxminən 9 milyon əhalisi var. Avstriya alman dili ölkənin rəsmi dili olsa da, bir çox avstriyalı qeyri-rəsmi olaraq müxtəlif Bavariya ləhcələrində danışır.
Avstriyada gəzməli yerlər:
- St Stephen Katedrali
- Hofburq sarayı
- Schönbrunn Sarayı
- Vyana Dövlət Operası
- Graben küçəsi və Veba Sütunu
- Sənət Tarixi Muzeyi
- Təbiət Tarixi Muzeyi
- Belvedere Sarayı
- Opera Binası
- Viyana Bələdiyyə Binası
- Kärntner Küçəsi
- Hundertwasser Evi
- Mariahilfer küçəsi
- Albertina Muzeyi
- Museumsquartier
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()