Türkiyə və ya rəsmi adı ilə Türkiyə Respublikası torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), Cənubi Azərbaycan, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.
Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danışılır.
İqlim
Türkiyədə üç fərqli iqlim tipinə rast gəlinməkdədir. Ümumiyyətlə Egey dənizi və Aralıq dənizi sahillərində görülən Aralıq dənizi iqlimində yay isti və quru, qışı isti və yağışlıdır. Təbii bitki örtüyü makvisdir. Qara dəniz sahillərində görülən dəniz iqlim tipi hər fəsildə yağıntının müşahidə olunmasına təkan verir.Təbii bitki örtüyü isə meşələrdir. Qara dəniz sahilləri, Türkiyənin il ərzində ən yüksək yağış alan tək bölgəsidir və Şərqi Qara dəniz bölməsi illik 2000–2500 millimetr yağıntı alır. Egey dənizi ilə Qara dənizi birləşdirən Mərmərə dənizinin sahillərində keçid iqlim tiplərinə rast gəlinir. Dənizin cənubunda Aralıq dənizi, şimalda Qara dəniz və şimal-qərbdə isə kontinental iqlim müşahidə olunur. Qar yağışı demək olar ki, hər il Marmara və Qara dəniz regionlarıdna müşahidə olunsa da, qar yerdə sadəcə bir neçə gün qalır. Qara dəniz və Aralıq dənizindəki sahillərə paralel olaraq dağlar dənizlərdən gələn mülayim hava kütlələrinin daxili hissələrə çatmasına mane olur.
Mərkəzi Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu regionlarında, kontinental iqlimə rast gəlinir. İllik və gündəlik temperatur fərqləri bu iqlimdə yüksəkdir. Yay ayları isti və quru, qış ayları isə soyuq və qarlı keçir. Şərq hissələrdə qış ayları olduqca sərtdir. Şərqi Anadoluda havanın temperaturu −30 °C və −40 °C qədər enə bilər və ildə ən az 120 gün qarlı keçir. Qərbdə qış temperaturu orta hesabla 1 °C olaraq müşahidə olunur. Yay ayları ölkə boyu isti və quru olsa da, ümumiyyətlə iyul və avqust ən quraq aylardır. May ayı isə ən çox yağıntının alındığı aydır və gün ərzində temperatur 30 °C-dən yuxarı qalxa bilər.
Biomüxtəliflilik
Türkiyənin qeyri-adi ekosistemi və yaşayış müxtəlifliyi, ölkədə əhəmiyyətli bir növ müxtəlifliyinin meydana gəlməsinə səbəb olmuşdur. Anadolu torpaqları, əkinçilik üçün istifadə edilməyə başladığı illərdən etibarən bir çox bitkinin vətəni olmuşdur və hal-hazırda bu bitkilər Türkiyədə yaşayan insanlar tərəfindən istifadə edilməkdədir. Türkiyə fauna müxtəlifliyi, flora müxtəlifliyindən belə daha çoxdur. Ümumilikdə bütün Avropa ölkələrində heyvan növlərinin sayının 60.000 olmasına baxmayaraq, bu rəqəm Türkiyədə 80.000-dən çoxdur.
Şimali Anadolu qozası və yarpaq tökən qarışıq meşələri, Türkiyənin şimalındakı Şimali Anadolu dağlarının böyük bir hissəsini örtür və bir ekoloji bölgə meydana gətirir.Bu dağların şərq ucunda Qafqaz qarışıq meşələri var. Bölgə həm də Avrasiya vəhşi təbiətinin vətənidir. Burada şahin, berqut, məzar qartalı, kiçik xallı qartal, Qafqaz tetrası və stenolaz kimi quşu növləri də yaşayır. Şimali Anadolu dağları ilə Qara dəniz arasındakı dar sahil xəttində yer üzərində az miqdarda görülən mülayim-ekvatorial iqlim tipinə və euskin-kolşik yarpaq tökən meşələrə rast gəlinir. Türkiyədə 40 milli park, 189 təbii park, 31 qoruq, 80 vəhşi heyvanların qorunma sahəsi və 109 təbii abidə mövcuddur. Olimpos Bəydağları Milli Parkı, Ağrı Dağı Milli Parkı, İynəada Subasar Meşələri Milli Parkı, Uludağ Milli Parkı Türkiyədəki ən çox ziyarət edilən milli parklardır. Türkiyənin paytaxtı Ankara, eyniadlı Ankara pişiyi, Ankara dovşanı və Ankara keçisi kimi hayvanlarıyla məşhurdur. Ölkənin digər milli simvollarından biri də Van pişiyidir və adını Şərqi Anadoludakı Van ilindən alır. Həmçinin, Türkiyəyə xas Anadolu çoban iti, kanqal, ağsaray malaqlısı və ağbaş kimi it növləri də vardır.
Turizm
Türkiyədə turizm sektoru, XXI əsrdə demək olar ki hər il daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, hazırda “Evim Türkiyə” adı altında Türk turizmini təbliğ edir. Türkiyə, son illərdə ən çox xarici qonağı Almaniya və Rusiyadan qəbul etmişdir. Azərbaycan isə bu siyahıda 901,723 turist ilə 10-cu sırada yer almışdır. 2018-ci ildə Türkiyə beynəlxalq turist ziyarətlərinin sayına görə 45,8 milyon xarici turist ilə dünyada 6-cı yeri tutdu.
Türkiyə, “İstanbulun tarixi əraziləri”, “Kapadokiya qayalıqları”, “Çatalhöyük”, “Xattusa: Hetin paytaxtı”, “Troya” kimi 17 UNESCO ümumdünya irsinə sahibdir. Türkiyədə Dünyanın yeddi möcüzəsindən ikisi, dünyanın ən qədim dini məskunlaşma mərkəzi Göbəklitəpə və bir çox digər irslərə rast gəlmək mümkündür.
Türkiye’de turizm, ülke ekonomisi üçün önemli bir sektordur. Turizm gəlirlərinin ixraca nisbəti %16,7’dir.Ülkedeki turizm fəaliyyəti Türkiye Cumhuriyeti Kültür və Turizm Bakanlığının məsuliyyəti altındadır. Türkiye’de ölkənin tarixini və kültürünü yansıtan pek çok turistik yer mövcuddur və ayrıca Akdeniz və Ege Denizi’nin sahilində turistik aktiviteler yapılmaktadır. Son yıllarda ülke, sağlık turizminde populyar hale gelmiştir.
Türkiyənin ən böyük şehri olan İstanbul, Bizans və Osmanlı İmparatorluğu’nun başkənti olması səbəbiylə antik dövrə malik bir çox abidə vardır. Sultan Ahmet Camii, Ayasofya ve Topkapı Sarayı bunlardan bir neçəsidir. diğer önemli turizm yerləri; Roma İmparatorluğu dövründə qalan Efes, Troya, Bergama, Side, Meryem Ana Evi’nin həmçinin Kapadokiya, Nemrut və Pamukkale bölgələridir.
Plaj bölgələri, adətən Türkiyənin müxtəlif şəhərlərində yaşayan insanlar və Avrupa’dan gələn turistlər üçün əhəmiyyətli bir turizm sahəsidir. Ən əhəmiyyətli plajlar, Ege sahillərindən başlar və Akdeniz’de Antalya yaxınlarında yerləşir. Bodrum, Çeşmə, Fethiyə, Marmaris, Kuşadası, Alanya əhəmiyyətli tətil yerləridir.
Turizmin ən yüksək inkişaf etmiş bölməsi sahil turizmidir. Sahil turizminə dəniz, çimərlik, günəş, biomüxtəliflik və dəniz məhsulları daxildir.Çimərliklərdə və otellərdə su idman növləri, gəmi gəzintiləri, tibbi xidmətlər və restoranlar təşkil edilir. Avropa turistlərinin 63%-i dəniz sahillərinə daha çox üstünlük verir. Türkiyənin cənub və qərb əraziləri — Aralıq dənizi və Egey sahilləri turistlər tərəfindən xidmət və keyfiyyətinə görə ən çox seçilən turistik məkanlardan biridir. İkinci sırada isə Türkiyənin şimal əraziləri — Qara dəniz və Mərmərə dənizinin sahilləri yer alır. Qara dəniz sahillərinin iqlimi sahilyanı turizmin inkişafı üçün uyğun deyil. Qara dəniz sahilyanı ərazilər üçün turizmin qarşısını, yay yağışları səbəbilə nisbi rütubətin 70%-dən çox olması, alır. Aralıq dənizi iqliminin üstünlük təşkil etdiyi Egey və Aralıq dənizi sahillərində, rütubət 70%-dən aşağıdır. Egey və Aralıq dənizi sahillərində hava istiliyi səbəbindən dəniz suları ideal istilikdə olur. Körfəzlərin ölkənin böyük bir hissəsini əhatə etməsi sahil turizminin inkişafına öz töhfəsini verir. Körfəz sahillərində böyük otellər və kurort məskənləri inşa edilmişdir.
Sahil turizminin mühüm meyarlarından biri də mavi bayraq göstəricisidir. 2014-cü ildə Türkiyə dünyada ən çox mavi bayraq çimərliyinə sahib 3-cü ölkə olmuşdur. 2015-ci ildə siyahıda 2-ci sıraya yüksəlmişdir. İspaniya 578 çimərlik ilə 1-ci, Türkiyə 436 çimərlik ilə 2-ci, Yunanıstan isə 395 mavi bayraqlı çimərlik ilə 3-cü sırada yer almışdır.
Türkiyə turlarımız:
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: